2015/16-cı tədris ilində SABAH qruplarına tələbə qəbulu üzrə imtahanın yeri və vaxtına dair məlumat.

 Adları aşağıdakı siyahıda qeyd edilmiş tələbələr 05.04.2015-ci il tarixindən etibarən imtahana buraxılış vərəqəsini ixtisaslarına uyğun  baza ali təhsil müəssisələrindən əldə edə bilərlər. 

2015-2016-cı tədris_ili_üzre_imtahana_buraxılan_tələbələrin_siyahısı

*Gəncə ali təhsil müəssisələrindən müraciət edən tələbələr buraxılış vərəqələrini Gəncə Dövlət Universitetindən (Tədris işləri üzrə prorektordan) əldə edə bilərlər.

*Naxçıvan ali təhsil müəssisələrindən müraciət edən tələbələr buraxılış vərəqələrini imtahan günü, imtahandan əvvəl əldə edə bilərlər.  

SABAH qruplarına  tələbələrin qəbulu üzrə imtahan 12 aprel 2015-ci il tarixində saat 10:00-da Azərbaycan Dövlət İqtisad Universitetinin I tədris binasında ( Bakı şəhəri, İstiqlaliyyət küç. 6) keçiriləcəkdir.

*İmtahana 1 saat əvvəldən gəlmək və özünüzlə şəxsiyyət vəsiqəsi, imtahan buraxılış vərəqəsini və sadə qələm götürmək vacibdir.