2015/2016-cı tədris ili APTİS imtahanı

2015/2016-cı tədris ilində SABAH qruplarına qəbul olmuş tələbələrin İngilis dili səviyyələrinin yoxlanılması məqsədilə APTİS imtahanı keçiriləcəkdir. 

İmtahan 19 sentyabr 2015-ci il tarixində Bakı Dövlət Universitetinin əsas korpusunda (Z. Xəlilov 23) 439, 437, 445, 449, 455, 463, 461, 434-cü auditoriyalarda keçiriləcəkdir. 2015/2016-cı tədris ilində SABAH qruplarına qəbul olmuş bütün tələbələrin imtahanda iştirak etməsi tələb olunur. 

DİQQƏT!

-  İmtahana gələrkən şəxsiyyət vəsiqəsi(və ya xarici passport) mütləq təqdim olunmalıdır. Tələbə bileti qəbul OLUNMUR.

- Imtahana başlanma vaxtından 45 dəqiqə əvvəl gəlmək lazımdır.

- İmtahana özünüzlə qələm və pozan gətirməyi unutmayın.

- İmtahan zamanı köçürmə, danışma və ya başqa imtahan qaydalarını pozmuş namizədlərə bir dəfə şifahi xəbərdarlıq verilir. Hal təkrarlandıqda tələbə imtahandan kənarlaşdırılır. 

 
ATM Vaxt Yer

Azərbaycan Dövlət İqtisad Universiteti

(İqtisadiyyat ixtisasından başqa)

19.09.2015

09:30

Bakı Dövlət Universitetinin

əsas korpusu

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Azərbaycan Texniki Universiteti

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

19.09.2015

11:30

 

Bakı Dövlət Universitetinin

əsas korpusu

 

Azərbaycan Dillər Universiteti

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Bakı Slavyan Universiteti

Azərbaycan Dövlət İqtisad Universiteti İqtisadiyyat ixtisası

19.09.2015

14:00

 

 

 

Bakı Dövlət Universitetinin

əsas korpusu

 

 

 

Bakı Dövlət Universiteti

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Bakı Musiqi Akademiyası

 

19.09.2015

16:00

 

 

Bakı Dövlət Universitetinin

əsas korpusu