Hörmətli tələbələr,
Nəzərinizə çatdırırıq ki, 2015/2016-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu 02.02.2015 tarixindən başlayacaqdır.
Tələbələr qeyd edilən tarixdən etibarən sabah.edu.az saytında yerləşdirilmiş elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat müddəti 02.02.2015-15.03.2015 tarixlərini əhatə edəcəkdir.
Qeydiyyatdan keçməzdən əvvəl elektron ərizəni doldurmaq üçün təlimatla tanış olmağınız xahiş olunur.