Hörmətli tələbələr,
2016/2017-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu müsabiqəsinin 15.07.2016 tarixində elan olunmuş nəticələri və aparılmış qeydiyyata əsasən, akademik borc (SABAH qruplarına tələbə qəbulu Qaydaları: maddə: 7/7.2) və tədris planları üzrə ikidən artıq akademik fərqi yaranması (SABAH qruplarına tələbə qəbulu Qaydaları: maddə: 7/7.4) halları müəyyən olunaraq, vakant yerlər üzrə qeydiyyat başlanılmışdır.
2016/2017-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu müsabiqəsinin 15.07.2016 tarixində elan olunmuş nəticələri və vakant yerlərə qeydiyyatın nəticələrinə əsasən, bu tədris ilində SABAH qruplarına qəbul olunan tələbələrin yekun siyahısını buradan əldə edə bilərsiniz.
Ali təhsil müəssisəsini dəyişən və akademik (fənn) fərqlərinin sayı iki və daha az olan tələbələrin SABAH qruplarına qəbulu, həmçinin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə mərkəzləşmiş köçürülmə prosesinin həyata keçirilməsi üçün həmin tələbələr köçürülməyə və akademik fərqlər üzrə ödənişin tələbənin öz hesabına olmasına razılıq barədə ərizə formasını doldurmaqla sənədin (imzalı) skan olunmuş versiyasını 2 sentyabr 2016-cı il tarixinədək student@sabah.edu.az email ünvanına göndərməli və ya Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu şöbəsinə təqdim etməlidirlər.
Ərizə nümunəsi ilə burada tanış ola bilərsiniz.