“SABAH qruplarına tələbə qəbuluna dair Qaydalar”a əsasən, _siyahıda adları qeyd olunmuş tələbələrin müvafiq ixtisasların ingilis bölməsi üzrə müsabiqədə iştirakları və həmin ixtisaslar üzrə Azərbaycan bölməsinə tətbiq edilmiş keçid balına bərabər və ya yüksək bal topladıqları nəzərə alınmaqla, həmin tələbələr müsabiqədə iştirak etdikləri ixtisaslar üzrə SABAH qruplarına qəbul olunurlar.
Siyahıda adları göstərilən tələbələr, 26 iyul 2016-cı il, saat 18:00-a qədər Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə gələrək, 2-ci semestr üzrə akademik nəticələrin göstərildiyi transkripti və şəxsiyyət vəsiqəsini təqdim etməklə qeydiyyatdan keçməlidirlər.