2016/2017-ci tədris ili/müsahibə mərhələsi

Hörmətli tələbələr!

2016/2017-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu müsabiqəsinin imtahan mərhələsinin nəticələrinə əsasən, müsahibə mərhələsinə dəvət olunan tələbələrin siyahısı və müsahibə vaxtları bu gündən etibarən ixtisaslar üzrə elan olunacaqdır. 

22 iyun 2016-cı il tarixində müsahibəyə dəvət olunan tələbələrin siyahısını buradan əldə edə bilərsiniz. 

23 iyun 2016-cı il tarixində müsahibəyə dəvət olunan tələbələrin siyahısını buradan əldə edə bilərsiniz. (Tərcümə, hüquqşünaslıq, iqtisadiyyat, elektroenergetika mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi) 

24 iyun 2016-cı il tarixində müsahibəyə dəvət olunan tələbələrin siyahısını buradan_ əldə edə bilərsiniz. (Kimya, kimya müəllimliyi, biologiya, maliyyə, geologiya mühəndisliyi, memarlıq, inşaat mühəndisliyi)  

28 iyun 2016-cı il tarixində müsahibəyə dəvət olunan tələbələrin siyahısını buradan əldə edə bilərsiniz. (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, kompüter elmləri, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, dizayn, dekorativ sənət, instrumental ifaçılıq)

29 iyun 2016-cı il tarixində müsahibəyə dəvət olunan tələbələrin siyahısını buradan əldə edə bilərsiniz. (rus dili müəllimliyi, riyaziyyat-informatikia müəllimliyi, tarix müəllimliyi, rejissor sənəti, sənayenin təşkili və idarə olunması, biznesin idarə edilməsi)

30 iyun 2016-cı il tarixində müsahibəyə dəvət olunan tələbələrin siyahısını buradan əldə edə bilərsiniz. (riyaziyyat, riyaziyyat müəllimliyi, fizika müəllimliyi, ibtidai sinif müəllimliyi, neft qaz qurğuları mühəndisliyi)

1 iyul 2016-cı il tarixində müsahibəyə dəvət olunan tələbələrin siyahısını buradan əldə edə bilərsiniz. (ingilis dili müəllimliyi)

1 iyul 2016-cı il tarixində Coğrafiya müəllimliyi ixtisası üzrə müsahibəyə dəvət olunan tələbələrin siyahısını buradan əldə edə bilərsiniz. 

2016/2017-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu müsabiqəsi zamanı qeyd olunan ixtisaslar üzrə test imtahanında iştirak etmiş, müvafiq olaraq keçid balını toplamış tələbələrin sayı akademik qrupun formalaşdırılması üçün tələb olunan minimal saydan (15 nəfər)  az olduğu üçün qeyd olunan ixtisaslar üzrə SABAH qrupları yaradılmayacaqdır.

1. Məktəbəqədər təlim və tərbiyə

2. Fizika

3. Psixologiya

4. Tarix

5. Ekologiya mühəndisliyi

6. Elektrik mühəndisliyi

7. Biotibbi texnologiya mühəndisliyi 

DİQQƏT!

Müsahibə Təhsil Nazirliyinin yanında yerləşən 202 saylı orta məktəbdə aparılacaqdır. İntervyuya gələrkən şəxsiyyəti təsdiq edən sənəd və I semestr üzrə akademik transkript təqdim olunmalıdır.

Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universitetindən müsahibə mərhələsinə dəvət olunan tələbələr qeyd olunan tarixdə iştirak edə bilmədikləri təqdirdə student@sabah.edu.az email ünvanına yazaraq iştirak tarixləri haqqında məlumat verməlidirlər.