Hörmətli tələbələr,
2016/2017-ci tədris ilində 3-cü və 4-kü kurs tələbələrinin SABAH yataqxanası ilə təmin olunması vakant qız və oğlan saylarına uyğun olaraq, müvafiq meyarlar üzrə aparılmışdır. Qeydiyyatdan keçmiş və uyğun sənədləri təqdim etmiş oğlan tələbələrin hər biri SABAH yataqxanası ilə təmin olunmuşdurlar.
Qızlar üçün ayrılmış yer sayının olduqca məhdud olmasını nəzərə alaraq, qeydiyyatdan keçmiş və uyğun sənədləri təqdim etmiş tələbələr arasından yalnız və ya hər iki valideyn himayəsindən məhrumluq və SABAH qruplarında təhsillə əlaqədar olaraq bölgə universitetlərindən baza universitetlərinə köçürülmə meyarları əsas götürülməklə həyata keçirilmişdir.
Vakant yerlərə oğlan tələbələrin yerləşdirilməsi davam edəcəkdir. Yerlərin məhdud olması səbəbindən, qız tələbələrin yataqxana üzrə yerləşdirilməsi başa çatmışdır.
Bütün tələbələrin siyahısını buradan əldə edə bilərsiniz.