2016/2017-ci tədris ilində SABAH qruplarına qəbul haqqında

Hörmətli tələbələr,

Nəzərinizə çatdırırıq ki, 2016/2017-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu müsabiqəsinin III mərhələsinin nəticələri bütün ixtisaslar üzrə müsahibələr yekunlaşdıqdan sonra elan olunacaqdır.

Hər üç seçim mərhələsini uğurla tamamlamış tələbələrin 2-ci semestr üzrə akademik nəticələrinin müsabiqə qaydalarına uyğunluğu yoxlandıqdan sonra 2016/2017-ci tədris ili üçün SABAH qruplarına qəbul olunmuş tələbələrin siyahısı sabah.edu.az (http://www.sabah.edu.az/) saytında və rəsmi facebook səhifəsində (https://www.facebook.com/sabah.edu.gov.az/) yerləşdiriləcəkdir.

Müsahibə mərhələsinin nəticələrinin 10 iyul tarixinə qədər elan olunması nəzərdə tutulmuşdur.