Hörmətli tələbələr,
2016/2017-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu müsabiqəsinin hər 3 mərhələsininin, eyni zamanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul imtahanı nəticəsinin və I semestr üzrə ümumi orta müvəffəqiyyət göstəricisinin müvafiq çəki əmsallarına əsasən, həmin tədris ilində SABAH qruplarına qəbul olunmuş tələbələrin ali məktəblər üzrə siyahısını buradan əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, siyahı üzrə yalnız 2-ci semestr nəticələri müsabiqə qaydalarına uyğun olan (akademik borcun olmaması, ÜOMG-nin 61 baldan aşağı olmaması) tələbələr SABAH qruplarına qəbul olunmuş hesab edilir.
Siyahıda adları qeyd olunan tələbələrin baza ali təhsil müəsssisələri üzrə qeyd olunan tarix və saatlarda II semestr üzrə akademik transkript və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə qeydiyyatdan keçmələri tələb olunur. Göstərilən müddət ərzində qeydiyyatdan keçməmiş tələbələr SABAH qruplarına qəbul edilmirlər.
Qeydiyyat 19-21 iyul tarixləri arasında 202 saylı orta məktəbdə aparılacaqdır.
|
Ali təhsil müəssəsi | Tarix | Saat |
1 | Bakı Dövlət Universiteti | 19 iyul | 10:00-14:00 |
2 | Azərbaycan Memarlıq və İnşaat Universiteti | 19 iyul | 14:00-17:00 |
3 | Azərbaycan Texniki Universiteti | 19 iyul | 14:00-17:00 |
4 | Azərbaycan Dillər Universiteti | 19 iyul | 14:00-17:00 |
5 | Azərbaycan Dövlət İqtisad Universiteti | 20 iyul | 10:00-14:00 |
6 | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti | 20 iyul | 14:00-17:00 |
7 | Azərbaycan Dövlət Pedaqoji Universiteti | 21 iyul | 10:00-14:00 |
8 | Bakı Musiqi Akademiyası | 21 iyul | 10:00-14:00 |
9 | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti | 21 iyul | 10:00-14:00 |
10 | Bakı Slavyan Universiteti | 21 iyul | 10:00-14:00 |
11 | Azərbaycan Dövlət Rəssamlıq Akademiyası | 22 iyul | 11:00-12:00 |
Qeyd 1. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası üzrə SABAH qruplarına qəbul olunmuş tələbələrin qeydiyyatı ADRA SABAH Mərkəzində aparılacaqdır.
Qeyd 2. Azərbaycan Dillər Universiteti Tərcümə (50203) ixtisası üzrə SABAH qruplarına qəbul olunmuş tələbələrin qeydiyyatı 26-27 iyul 2016-cı il, saat 10:00-17:00 arasında Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzində aparılacaqdır.
Qeyd 3. 2016/2017-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu müsabiqəsi zamanı qeyd olunan ixtisaslar üzrə müsahibə mərhələsində iştirak etmiş, müvafiq olaraq keçid balını toplamış tələbələrin sayı akademik qrupun formalaşdırılması üçün tələb olunan minimal saydan (15 nəfər) az olduğu üçün qeyd olunan ixtisaslar üzrə SABAH qrupları yaradılmayacaqdır.