SABAH qruplarında təhsil alan və bölgə qeydiyyatında olan 3-cü və 4-cü kurs tələbələrinin 2016/2017-ci tədris ilində yataqxana ilə təmin olunması, SABAH qruplarına bu tədris ilində qəbul olunmuş, yataqxanaya ehtiyacı olan tələbələrin yerləşdirilməsi tamamlandıqdan sonra boş qalan yerlərin müvafiq oğlan və qız sayına uyğun hesablanması əsasında, aşağıdakı meyarlara üstünlük verilməklə həyata keçiriləcəkdir.
2016/2017-ci tədris ilində yataqxana ilə təmin olunmaq istəyən tələbələr 26 avqust 2016-cı il tarixinə qədər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməli və yataqxanaya müraciət etmə səbəbini sübut edən müvafiq sənədlərin və şəxsiyyət vəsiqəsinin surətini təhsil aldıqları ali təhsil müəssisələrinin SABAH mərkəzlərinə təqdim etməlidirlər. Qeydiyyat tamamlandıqdan sonra yataqxana ilə təmin olunmuş tələbələrin siyahısı sabah.edu.az saytında yerləşdiriləcəkdir.
Qeyd: ADU, AzTU, ADPU, ADRA, AdMİU, BMA SABAH mərkəzi işçilərinin əmək məzuniyyətində olması nəzərə alınaraq bu universitetlərdən olan tələbələrin sənədləri 24-25 avqust tarixlərində, saat 14:00-17:00 arasında Təhsil Nazirliyinin vətəndaşların qəbulu mərkəzində qəbul olunacaqdır.
Qeyd: Bu elan 2016/2017-ci tədris ilindən SABAH qruplarına qəbul olunmuş tələbələrə şamil edilmir.
Suallarla bağlı SABAH mərkəz rəhbərləri ilə əlaqə saxlamağınız xahiş olunur.