2017/2018-ci tədris ili SABAH qruplarına tələbə qəbulu imtahan nəticələri

Hörmətli tələbələr,

2017/2018-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu müsabiqəsinin imtahan mərhələsinin nəticələrini buradan əldə edə bilərsiniz.

Azərbaycan bölməsi üzrə keçid balı məntiq komponenti, ingilis bölməsi üzrə keçid balı məntiq və ingilis dili komponentləri əsas götürülməklə müəyyən olunmuşdur.

Bildiririk ki, Azərbaycan bölməsi üzrə Təhsil və İncəsənət ixtisas istiqamətlərinə daxil olan ixtisasların məntiq komponentinin keçid balı 15 bal, İqtisadiyyat, Texniki və Humanitar ixtisas istiqamətlərinə daxil olan ixtisasların məntiq komponentinin keçid balı 20 olaraq müəyyən edilmişdir.

SABAH qruplarında təhsil dilini yalnız ingilis və ya azərbaycan/ingilis dili olaraq qeyd etmiş tələbələr üçün ingilis dili komponentinin keçid balı 25 olaraq müəyyənləşdirilmişdir.

SABAH qruplarında təhsil dilini azərbaycan/ingilis dili olaraq qeyd etmiş lakin ingilis dili komponenti üzrə tələb olunan balı toplamamış namizədlər azərbaycan bölməsi üzrə müsabiqəyə daxil edilmişdirlər.

SABAH qruplarında təhsil dilini yalnız ingilis dili olaraq qeyd etmiş lakin ingilis dili komponenti üzrə tələb olunan balı toplamamış namizədlər müsabiqədən uzaqlaşdırılmışdırlar.

"Marketinq", "Menecment", "Neft-qaz mühəndisliyi" və "Proseslərin avtomatlaşdırılması mühəndisliyi"  ixtisaslarının ingilis bölməsi üzrə qrupun formalaşdırılması üçün tələbə sayının yetərli olmaması səbəbindən, bu ixtisaslar üzrə təhsil dilini yalnız ingilis dili olaraq qeyd etmiş namizədlər müsabiqədən uzaqlaşdırılmışdırlar.

"Məktəbəqədər təlim" ixtisası üzrə müvafiq keçid balını toplamış tələbələrin sayı 15-dən az olduğundan bu ixtisas üzrə növbəti mərhələlərdə müsabiqə yaradılmayacaqdır. 

 

Tələbələr öz imtahan nəticələrini student.sabah.edu.az saytından şəxsi kabinetlərinə daxil olaraq əldə edə bilərlər. 

 

İxtisaslar üzrə tələbələrin müsahibə qrafikləri 19 iyun tarixindən etibarən mütəmadi olaraq sabah.edu.az saytında yerləşdiriləcəkdir.

DİQQƏT!

Müsahibə Təhsil Nazirliyinin yanında yerləşən 202 saylı orta məktəbdə aparılacaqdır.

İntervyuya gələrkən şəxsiyyəti təsdiq edən sənəd və I semestr üzrə akademik transkript təqdim olunmalıdır.

Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, AzərbaycanTexnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universitetindən müsahibə mərhələsinə dəvət olunan tələbələr qeyd olunan tarixdə iştirak edə bilmədikləri təqdirdə student@sabah.edu.az email ünvanına yazaraq iştirak tarixləri haqqında məlumat verməlidirlər.