2017/2018-ci tədris ili SABAH qruplarına tələbə qəbulu/ Müsahibə cədvəli

2017/18-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu müsabiqəsinin III mərhələsi olan müsahibə mərhələsi 20 iyun 2017-ci il tarixindən etibarən başlanılacaqdır. 

İxtisaslar üzrə tələbələrin müsahibə qrafiki mütəmadi olaraq sabah.edu.az saytında elan olunacaqdır.

Müsahibələr 202 saylı tam orta məktəbdə (Xətai pr. 49, Təhsil Nazirliyinin yanı) keçiriləcəkdir.

Müsahibədə iştirak etmək üçün tələbələr aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Şəxsiyyəti təsdiq edən sənəd 

2. I semestr nəticələri üzrə transkript 

"Menecment", "Marketinq" və "Biznesin idarə edilməsi" ixtisasları üzrə 20 iyun 2017-ci il tarixində müsahibəyə dəvət olunmuş tələbələrin siyahısını buradan əldə edə bilərsiniz.

"Maliyyə", "Kompyuter elmləri", "Kompyuter mühəndisliyi", "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" üzrə 21 iyun 2017-ci il tarixində  müsahibəyə dəvət olunmuş tələbələrin siyahısını buradan əldə edə bilərsiniz.

"Mühasibat uçotu və audit", "İqtisadiyyat", "Riyaziyyat müəllimliyi", "Fizika müəllimliyi" "Riyaziyyat-informatika müəllimliyi" üzrə 22 iyun 2017-ci il tarixində  müsahibəyə dəvət olunmuş tələbələrin siyahısını buradan əldə edə bilərsiniz.

"İngilis dili müəllimliyi" "Rus dili müəllimliyi" "Tərcümə" "Tarix müəllimliyi" "Coğrafiya müəllimliyi" "Hüquqşünaslıq" ixtisasları üzrə 23 iyun 2017-ci il tarixində  müsahibəyə dəvət olunmuş tələbələrin siyahısını buradan əldə edə bilərsiniz.

"Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" "Psixologiya" "Kimya müəllimliyi" "Biologiya müəllimliyi" "İbtidai sinif müəllimliyi" ixtisasları üzrə 24 iyun 2017-ci il tarixində  müsahibəyə dəvət olunmuş tələbələrin siyahısını buradan əldə edə bilərsiniz.

"Memarlıq", "İnşaat mühəndisliyi", "Elektroenergetika mühəndisliyi", "Dekorativ tətbiqi sənət", "Dizayn", "İnstrumental ifaçılıq", "Kimya mühəndisliyi", "Neft-qaz qurğuları mühəndisliyi", "Neft-qaz mühəndisliyi", "Mexanika mühəndisliyi", "Kimya mühəndisliyi"   ixtisasları üzrə 30 iyun 2017-ci il tarixində  müsahibəyə dəvət olunmuş tələbələrin siyahısını buradan əldə edə bilərsiniz.