2017/2018-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu test imtahanı, müsahib nəticəsi, ali təhsil müəssisəsinə qəbul balı və ümumi orta müvəffəqiyyət göstəricisinin uyğun əmsallarına, II semestr nəticələri üzrə akademik borcu olmayan tələbələrin sayına əsasən, hər bir ixtisasın kvotası və müsabiqədə iştirak edən tələbə sayı nəzərə alınmaqla azərbaycan və ingilis bölmələri üzrə qəbul aparılmışdır.
"Rus dili müəllimliyi" (50103) və "Tərcümə" (50203)ixtisasları üzrə tələbə sayı üzrə müsabiqə nəticələrinə əsasən akademik qrupun formalaşdırılması üçün tələbə sayı yetərsay olmadığından, bu ixtisaslar üzrə 2017/18-ci tədris ilində SABAH qrupları yaradılmayacaqdır.
Qəbul olunmuş tələbələrin qeydiyyatı 30 iyul-2 avqust tarixləri arasında elektron qaydada aparılacaqdır.
Tələbələr student.sabah.edu.az saytından şəxsi kabinetlərinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı müvafiq ərizə ilə diqqətlə tanış olmağınız və təsdiqləməyiniz mütləqdir. Ərizəni təsdiqləməməmiş tələbələr SABAH qruplarına qəbul olunmuş hesab olunmayacaqdırlar.
Ərizənin təsdiqlənməsi üçün son tarix 2 avqust 2017-ci ildir.
II semestr transkriptlərinin yüklənilməsi üçün son tarix 31 avqust 2017-ci ildir.
2017/2018-ci tədris ili üzrə SABAH qruplarına qəbul olunmuş tələbələrin siyahısı