2017/2018-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu/Transkriptlərin təqdim olunması

2017/2018-ci tədris ilində SABAH qruplarına tələbə qəbulu müsabiqəsinin III (müsahibə) mərhələsində iştirak etmiş, adları aşağıda göstərilən ali təhsil müəssisələrində təhsil alan tələbələrdən II semestr nəticələrinin qeyd olunduğu akademik arayışı (transkripti) 7 iyul 2017-ci il tarixinədək Təhsil Nazirliyinin  Vətəndaşların Qəbulu Mərkəzinə təqdim etmələri tələb olunur.

-  Azərbaycan Dövlət İqtisad Universiteti (Zaqatala filialı)

-  Sumqayıt Dövlət Universiteti

- Gəncə Dövlət Universiteti

- Bakı Mühəndislik Universiteti

-  Azərbaycan Texnologiya Universiteti

Transkripti təqdim etməyən tələbələrin nəticələri müsabiqə zamanı nəzərə alınmayacaqdır. 

Qeyd: Akademik arayış (transkript) qeyd olunan tarixədək aydın şəkildə skan olunaraq student@sabah.edu.az email ünvanına göndərilə bilər.