SABAH qruplarına 2017/2018-ci tədris ili üçün tələbə qəbulu müsabiqəsinin birinci mərhələsi başa çatmışdır. Məlumat üçün bildiririk ki, bu mərhələdə 20 ali təhsil müəssisəsi və 35 ixtisas üzrə ümumilikdə 1893 tələbə elektron ərizəni müvəffəqiyyətlə tamamlamış, 1815 tələbənin ərizəsi təsdiqlənmiş, 27 tələbənin ərizəsinin yoxlanılması zamanı əlavə dəqiqləşdirmələrə ehtiyac yarandığı üçün geri göndərilmiş, 51 tələbənin ərizəsi isə müsabiqə qaydalarına uyğun olmadığı üçün ləğv edilmişdir. Hər üç halda, tələbələr email vasitəsilə məlumatlandırılmışdırlar.
SABAH qruplarına 2017/2018-ci tədris ili üçün tələbə qəbulu müsabiqəsinin ikinci mərhələsinin (test imtahanı) 4 iyun 2017-ci il tarixində keçiriləcəkdir. İmtahana buraxılış vərəqələri tələbələrin student.sabah.edu.az portalındakı şəxsi kabinetlərinə yerləşdiriləcək və bununla bağlı məlumat sabah.edu.az saytında və rəsmi Facebook səhifəsində elan olunacaqdır.