2018/19-cu tədris ili üçün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin III mərhələsi olan müsahibə mərhələsi 25 iyun 2018-ci il tarixindən etibarən başlanılacaqdır.
İxtisaslar üzrə tələbələrin müsahibə qrafiki mütəmadi olaraq sabah.edu.az saytında elan olunacaqdır.
Müsahibədə iştirak etmək üçün tələbələr aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Şəxsiyyəti təsdiq edən sənəd
2. I semestr nəticələri üzrə transkriptin əsli
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Memarlıq, İnşaat mühəndisliyi ixtisasları üzrə müsahibəyə dəvət olunmuş tələbələrin siyahısını buradan əldə edə bilərsiniz. Qeyd olunan ixtisaslar üzrə müsahibə 25 iyun 2018-ci il tarixində Təhsil Muzeyində (Təhsil Nazirliyinin yanı) keçiriləcəkdir.
Riyaziyyat müəllimliyi, Riyaziyyat və İnformatika müəllimliyi ixtisasları üzrə müsahibəyə dəvət olunmuş tələbələrin siyahısını buradan əldə edə bilərsiniz. Qeyd olunan ixtisaslar üzrə müsahibə 26 iyun 2018-ci il tarixində 202 saylı orta məktəbdə (Təhsil Nazirliyinin yanı) keçiriləcəkdir.
Tarix müəllimliyi, Coğrafiya müəllimliyi, Kompüter elmləri, Kimya müəllimliyi, Fizika müəllimliyi ixtisasları üzrə müsahibəyə dəvət olunmuş tələbələrin siyahısını buradan əldə edə bilərsiniz. Qeyd olunan ixtisaslar üzrə müsahibə 27 iyun 2018-ci il tarixində 202 saylı orta məktəbdə və Təhsil Müzeyində (Təhsil Nazirliyinin yanı) keçiriləcəkdir.
Biologiya müəllimliyi, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, Neft-qaz mühəndisliyi, Neft-qaz qurğuları mühəndisliyi ixtisasları üzrə müsahibəyə dəvət olunmuş tələbələrin siyahısını buradan əldə edə bilərsiniz. Qeyd olunan ixtisaslar üzrə müsahibə 28 iyun 2018-ci il tarixində 202 saylı orta məktəbdə və Təhsil Müzeyində (Təhsil Nazirliyinin yanı) keçiriləcəkdir.
Psixologiya, İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu və audit, Biznesin idarə edilməsi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Kimya mühəndisliyi, İbtidai sinif müəllimliyi, Hüquqşünaslıq, Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasları üzrə müsahibə 9-13 iyul 2018-ci il tarixləri arasında keçiriləcəkdir.
Maliyyə, Hüquqşünaslıq, Kimya mühəndisliyi ixtisasları üzrə müsahibəyə dəvət olunmuş tələbələrin siyahısını buradan əldə edə bilərsiniz. Qeyd olunan ixtisaslar üzrə müsahibə 10 iyul 2018-ci il tarixində 202 saylı orta məktəbdə və Təhsil Muzeyində (Təhsil Nazirliyinin yanı) keçiriləcəkdir.
İbtidai sinif müəllimliyi, Biznesin idarə edilməsi, Dekorativ tətbiqi sənət, Dizayn ixtisasları üzrə müsahibəyə dəvət olunmuş tələbələrin siyahısını buradan əldə edə bilərsiniz. Qeyd olunan ixtisaslar üzrə müsahibə 11 iyul 2018-ci il tarixində Təhsil Muzeyində (Təhsil Nazirliyinin yanı) keçiriləcəkdir.
Psixologiya, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Aktyor sənəti ixtisasları üzrə müsahibəyə dəvət olunmuş tələbələrin siyahısını buradan əldə edə bilərsiniz. Qeyd olunan ixtisaslar üzrə müsahibə 12 iyul 2018-ci il tarixində Təhsil Muzeyində (Təhsil Nazirliyinin yanı) keçiriləcəkdir.
Mühasibat uçotu və audit, Xarici dil (ingilis dili) müəllimliyi, İqtisadiyyat ixtisasları üzrə müsahibəyə dəvət olunmuş tələbələrin siyahısını buradan əldə edə bilərsiniz. Qeyd olunan ixtisaslar üzrə müsahibə 13 iyul 2018-ci il tarixində Təhsil Muzeyində (Təhsil Nazirliyinin yanı) və 202 saylı məktəbdə keçiriləcəkdir.