2018/2019-cu tədris ili üzrə SABAH qruplarına tələbə seçimi müsabiqəsi çərçivəsində müsahibə mərhələsində iştirak etmiş bütün tələbələrə təhsil aldıqları müvafiq ali təhsil müəssisələrindən II semestr nəticələrinin də qeyd olunduğu akademik transkript formasını əldə etmələri tövsiyə olunur.
Müsabiqənin növbəti mərhələsində tələbələrdən transkripti elektron qaydada şəxsi kabinetlərinə yükləmələri tələb olunacaqdır.
Akademik transkript mütləq şəkildə imzalı və möhürlü olmalıdır.