2018/2019-cu tədris ili üzrə SABAH qruplarına tələbə seçimi/II semestr transkriptlərinin yüklənməsi

2018/2019-cu tədris ili üzrə SABAH qruplarına tələbə seçimi müsabiqəsinin müsahibə mərhələsində iştirak etmiş bütün tələbələr II semestr üzrə akademik göstəricilərinin qeyd olunduğu transkripti 25 iyul 2018-ci il tarixinədək www.student.sabah.edu.az saytında yerləşən şəxsi kabinetlərinə yükləməlidirlər. 

Transkript mütləq möhürlü və imzalı olmaldır.

Adları aşağıda göstərilən ali təhsil müəssisələrində təhsil alan namizədlər akademik transkriptlərini müvafiq universitetlərin SABAH mərkəzlərindən əldə edə bilərlər

- Azərbaycan Dillər Universiteti, SABAH mərkəzi, IV mərtəbə, 434-cü otaq, saat 10:00-13:00 arasında

- Bakı Dövlət Universiteti, SABAH mərkəzi, əsas korpus, II mərtəbə, 241-ci otaq, , saat 10:00-13:00 arasında 

Digər ali təhsil müəssisələrində təhsil alan tələbələr akademik arayış almaqda çətinliklə qarşılaşdıqları halda öz ali təhsil müəssisələrinin SABAH mərkəzləri ilə əlaqə saxlaya bilərlər.  

Namizədlərin II semestr üzrə nəticələri yoxlandıqdan sonra SABAH qruplarına qəbul olunmuş tələbələrin siyahısı sabah.edu.az saytında yerləşdiriləcəkdir.