2020/2021-ci tədris ili üçün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi (test imtahanı)

Hörmətli tələbələr,2020/2021-ci tədris ili üçün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi (test imtahanı) 27 AVQUST 2020-ci il tarixində keçiriləcəkdir. 

İmtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. İmtahan mərhələsi imtahan iştirakçılarının sorğuya əsasən qeyd etdikləri faktiki yaşadıqları regionlar nəzərə alınmaqla təyin edilmiş mərkəzi regional bölmələrdə keçiriləcəkdir. Mərkəzi regional bölmələrin siyahısı aşağıdakı kimidir:

Bölgə Təyin olunduğu Mərkəzi Regional Bölgə
Ağsu Bakı
Bakı Bakı
Qobustan Bakı
Şamaxı Bakı
Şirvan Bakı
Sumqayıt Bakı
Xırdalan Bakı
Hacıqabul Bakı
Ağcabədi Bərdə
Ağdam Bərdə
Ağdaş Bərdə
Bərdə Bərdə
Beyləqan Bərdə
Fizuli Bərdə
Göyçay Bərdə
Horadiz Bərdə
Kürdəmir Bərdə
Tərtər Bərdə
Ucar Bərdə
Yevlax Bərdə
Zərdab Bərdə
İmişli Bərdə
Ağstafa Gəncə
Gədəbəy Gəncə
Gəncə Gəncə
Goranboy Gəncə
Göygöl Gəncə
Mingəçevir Gəncə
Qazax Gəncə
Qovlar Gəncə
Samux Gəncə
Şəmkir Gəncə
Tovuz Gəncə
Astara Lənkəran
Biləsuvar Lənkəran
Cəlilabad Lənkəran
Lənkəran Lənkəran
Lerik Lənkəran
Masallı Lənkəran
Neftçala Lənkəran
Saatlı Lənkəran
Sabirabad Lənkəran
Salyan Lənkəran
Yardımlı Lənkəran
Culfa Naxçıvan
Naxçıvan Naxçıvan
Ordubad Naxçıvan
Şahbuz Naxçıvan
Şərur Naxçıvan
Balakən Şəki
İsmayıllı Şəki
Oğuz Şəki
Qax Şəki
Qəbələ Şəki
Şəki Şəki
Zaqatala Şəki
Quba Xaçmaz
Qusar Xaçmaz
Şabran Xaçmaz
Sizəyən Xaçmaz
Xaçmaz Xaçmaz
Xızı Xaçmaz
Xudat Xaçmaz

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahan iştirakçıları imtahana buraxılış vərəqəsi və şəxsiyyətini təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsi olmadığı təqdirdə, ümumvətəndaş (xarici) pasportu) karantin postlarına təqdim etdikdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrə buraxılacaqlar (icazələr imtahan günü üçün alınır).

İmtahan iştirakçısı “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap edə bilər. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imzası ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

Karantin rejimi tətbiq olunan bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

İmtahana buraxılış vərəqəsini müvafiq keçid vasitəsilə yükləyə və çap edə bilərsiniz.