2021/2022-ci tədris ili üçün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi (test imtahanı)

2021/2022-ci tədris ili üçün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi (test imtahanı) 10 İYUL 2021-ci il tarixində keçiriləcəkdir.

İmtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. İmtahan mərhələsi imtahan iştirakçılarının sorğuya əsasən qeyd etdikləri faktiki yaşadıqları regionlar nəzərə alınmaqla təyin edilmiş mərkəzi regional bölmələrdə keçiriləcəkdir. Mərkəzi regional bölmələrin siyahısı aşağıdakı kimidir:

Bölgə Təyin olunduğu Mərkəzi Regional Bölgə
Ağsu Bakı
Bakı Bakı
Qobustan Bakı
Şamaxı Bakı
Şirvan Bakı
Sumqayıt Bakı
Xırdalan Bakı
Hacıqabul Bakı
Ağcabədi Bərdə
Ağdam Bərdə
Ağdaş Bərdə
Bərdə Bərdə
Beyləqan Bərdə
Füzuli Bərdə
Göyçay Bərdə
Horadiz Bərdə
Kürdəmir Bərdə
Tərtər Bərdə
Ucar Bərdə
Yevlax Bərdə
Zərdab Bərdə
İmişli Bərdə
Ağstafa Gəncə
Gədəbəy Gəncə
Gəncə Gəncə
Goranboy Gəncə
Göygöl Gəncə
Mingəçevir Gəncə
Qazax Gəncə
Qovlar Gəncə
Samux Gəncə
Şəmkir Gəncə
Tovuz Gəncə
Astara Lənkəran
Biləsuvar Lənkəran
Cəlilabad Lənkəran
Lənkəran Lənkəran
Lerik Lənkəran
Masallı Lənkəran
Neftçala Lənkəran
Saatlı Lənkəran
Sabirabad Lənkəran
Salyan Lənkəran
Yardımlı Lənkəran
Culfa Naxçıvan
Naxçıvan  Naxçıvan 
Ordubad  Naxçıvan 
Şahbuz  Naxçıvan 
Şərur  Naxçıvan 
Balakən Şəki 
İsmayıllı Şəki
Oğuz Şəki
Qax Şəki 
Qəbələ  Şəki 
Şəki  Şəki 
Zaqatala Şəki 
Quba Xaçmaz 
Qusar Xaçmaz
Şabran  Xaçmaz
Siyəzən Xaçmaz
Xaçmaz Xaçmaz
Xızı Xaçmaz

 

İmtahan haqqında daha ətraflı məlumatı və imtahana buraxılış vərəqəsini yaxın günlərdə www.sabah.edu.az saytından əldə edə biləcəksiniz.

Qeyd edək ki, SABAH qruplarına tələbə seçimi müsabiqəsinin qeydiyyat mərhələsi 30 iyun (qeyri-baza ali təhsil müəssisələri üçün 29 iyun) tarixində bitir. Tələbələr elektron ərizələrin statusu haqqında cavabı yaxın günlərdə şəxsi kabinetlərində görə biləcəklər.