2021/2022-ci tədris ili üzrə SABAH qruplarına tələbə seçimi müsabiqəsinin müsahibə mərhələsində iştirak etmiş bütün tələbələr II semestr üzrə akademik göstəricilərinin qeyd olunduğu transkripti 20 avqust 20121-ci il tarixinədək www.student.sabah.edu.az saytında yerləşən şəxsi kabinetlərinə yükləməlidirlər.
TRANSKRİPT MÜTLƏQ MÖHÜRLÜ VƏ İMZALI OLMALIDIR.
Tələbələr akademik arayış almaqda çətinliklə qarşılaşdıqları halda öz ali təhsil müəssisələrinin SABAH mərkəzləri ilə əlaqə saxlaya bilərlər. Namizədlərin II semestr üzrə nəticələri yoxlandıqdan sonra SABAH qruplarına qəbul olunmuş tələbələrin siyahısı sabah.edu.az saytında yerləşdiriləcəkdir.