2016/2017-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu çərçivəsində SABAH qruplarının tələbələrlə iş üzrə meneceri Mehriban Nəzərovanın Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin I kurs tələbələri ilə görüşləri keçirilmişdir. Görüşlərin məqsədi tələbələri SABAH qruplarının mahiyyəti, üstünlükləri və SABAH qruplarına tələbə qəbulunun mərhələləri haqqında ətraflı məlumatlandırmaq olmuşdur. Azərbaycan Dillər Universitetində keçirilən görüşdə həmçinin rektor müşaviri Vazeh Əsgərov, ADU SABAH mərkəzinin rəhbəri Gülnar Dadaşzadə və fakültə dekanları iştirak etmişlər.Bakı Slavyan Universitetində keçirilən görüşdə həmçinin universitetin tədris işlər üzrə prorektoru Telman Cəfərov, BSU SABAH mərkəzinin rəhbəri Leyla Hüseynli və fakültə dekanları iştirak etmişlər. Silsilə görüşlərin bütün SABAH baza ali təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulmuşdur.