2014/2015-ci tədris ilində SABAH qruplarına qəbul olunmuş, hazırda III kursda təhsil alan SABAH tələbələri üçün 2016-cı ilin 7, 9 və 25 iyun tarixlərində APTİS imtahanı keçiriləcəkdir.
Bütün tələbələrin imtahanda iştirak etməsi tələb olunur.
Hər bir ali təhsil müəssisəsi üzrə imtahanın keçirilmə yeri və vaxtı barədə məlumat aşağıdakı cədvəldə yerləşdirilmişdir. İmtahan hər bir ali təhsil müəssisəsinin öz binasında keçiriləcəkdir.
TƏLİMAT:
- İmtahana gələrkən şəxsiyyət vəsiqəsi(və ya xarici passport) mütləq təqdim olunmalıdır. Tələbə bileti qəbul OLUNMUR.
- Imtahana başlanma vaxtından 45 dəqiqə əvvəl gəlmək lazımdır.
- İmtahan otağına üst geyimi, mobil telefon, çanta keçirilə bilməz.
Ali təhsil müəssisəsi | Tarix | Saat | Yer | Mərtəbə | Otaq |
Bakı Dövlət Universiteti | 25.06.2016 | 15:00 | Əsas korpus | 3, 4 | 381, 400, 434, 437, 439, 445, 449 |
Azərbaycan Dövlət İqtisad Universiteti | 07.06.2016 | 10:00 | Əsas korpus, 1-ci tədris binası | 4 | 423, 422, 421, 418, 417, 411 |
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti | 07.06.2016 | 10:00 | Əsas korpus | 4 | 452, 454, 462 |
Azərbaycan Texniki Universiteti | 09.06.2016 | 10:00 | 8-ci korpus | 2 | 204a, 204b, 205,206 |
Azərbaycan Memarlıq və İnşaat Universiteti | 09.06.2016 | 10:00 | 1-ci korpus | 12 | 1206, 1215, 1225 |
Azərbaycan Dillər Universiteti | 09.06.2016 | 10:00 | Əsas korpus | 4 | 523, 526, 529 |
Azərbaycan Dövlət Pedaqoji Universiteti | 10.06.2016 | 10:00 | Əsas korpus | 3 | 316, 317 |