Azərbaycan Dövlət İqtisad Universtitetində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən tələbə elmi konfransı keçirilib.

Mayın 3-də Azərbaycan Dövlət İqtisad Universtitetinin (UNEC) Tələbə Elmi Cəmiyyətinin (TEC) Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Azərbaycanın sosial-iqtisadi inkişafında maliyyə-kredit mexanizmlərinin rolu” mövzusunda tələbə elmi konfransı keçirilib.

Maliyyə və maliyyə institutları kafedrasının müdiri Əvəz Ələkbərov ulu öndərin Azərbaycan iqtisadiyyatındakı rolundan, respublikaya rəhbərlik etdiyi dövrdə əldə olunan uğurlardan danışıb, böyük siyasi xadim Heydər Əliyevin demokratik və hüquqi dövlət quruculuğu yolunda həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasətdən söz açıb.

Sonra tələbə və magistrlərin məruzələri dinlənilib. Münsiflər heyətinin səsverməsinə əsasən qaliblər müəyyən edilib:

  • I yer - Magistratura Mərkəzinin 2-ci kurs magistrı Əbdülrəhim Dadaşov;
  • II yer - Beynəlxalq İqtisadiyyat Məktəbinin 2-ci kurs tələbəsi Ülvi Dəmirli, Maliyyə və mühasibat fakültəsinin 2-ci kurs tələbəsi Məmmədağa Məmmədov;
  • III yer - Maliyyə və mühasibat fakültəsinin tələbələri Vüsalə Xəlilova, Şəmistan Qəhrəmanov, Magistratura Mərkəzinin 2-ci kurs magistrı Dilarə Xanməmmədli.

Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev bildirib ki, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən, Ulu Öndər Azərbaycanın iqtisadiyyatının inkişafı yolunda tarixi qərarlar verib. G.Musayev məruzələrdə bu qərarların ətraflı tədqiq edildiyini yüksək qiymətləndirib.

TEC sədri Əvəzağa Məlikov məruzəçiləri uğurlu elmi məqalə yazdıqlarına görə təbrik edib. Mövzuların əhatəli işləndiyini qeyd edərək, bildirib ki ki, konfransda iştirak edən tələbə və magistrlər gələcək elmi fəaliyyətləri üçün ilk uğurlu addımı atıblar.

Qaliblərə diplom və AXA MBASK şirkətinin hədiyyələri təqdim edilib.

Konfransın təşkilində  11 fakültə  arasında rəqabətdən keçərəkAzərbaycan Dövlət İqtisad Universtiteti Tələbə Elmi Cəmiyyətinin sədri  SABAH qrupları III kurs “Maliyyə” ixtisası tələbəsi Məlikov Əvəzağanın böyük rolu olmuşdur.