Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində SABAH-ın təqdimatı

25 Fevral 2015-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində SABAH qrupları layihəsinin təqdimatı keçirildi.

SABAH İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev tələbələrlə görüşərək 2015/16-cı tədris ilində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Aktyor sənəti" və "Rejissor sənəti" ixtisasları üzrə, Bakı Musiqi Akademiyasında isə "Instrumental ifaçılıq" ixtisası üzrə SABAH qruplarının yaradılmasının nəzərdə tutulduğunu bildirdi.