Lənkəran Dövlət Universitetinin dəvəti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları 25 nəfərlik heyətlə Lənkəran şəhərində qastrol səfərində olmuşlar.
ADMİU kollektivinin Universitetlə tanışlığından sonra 14-15 mart tarıxlərində Lənkəran Dövlət Dram Teatrının səhnəsində tələbə-aktyorlar M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” və U.Şekspirin “Romeo və Cülyetta” tamaşasını nümayış etdirdilər. Hər iki tamaşanın sonunda tələbə-aktyorların ifası Lənkəran Dövlət Universitetinin tələbə və əməkdaşları tərəfindən alqışlarla qarşılandı. Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov SABAH qruplarının istetdadlı tələbələri tərəfindən hazırlanmış tamaşanın yaradıcı kollektivinə belə yüksək səviyyəli ifaya görə təşəkkür edərək onlara yaradıcılıq uğurları arzuladı. Rektor N. İbrahimov qeyd etdi ki, universitetlər arasında belə əlaqələr bundan sonra da davam etdiriləcək.
Kursun rəhbəri əməkdar artist Nofəl Vəliyevin quruluş verdiyi tamaşalarda baş rollarda Məhəmməd Musayev, Orxan Isgəndərli, Xədicə Məmmədova, Corc Qafarov, Hilal Dəmirov, Hüseynağa Aslanov və başqaları əsl aktyor məharəti gostərmışdir. Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov qonaqları universitetin “Heydər Əliyev İdarəçilik Mərkəzi”ndə qəbul etdi. Professor Natiq İbrahimov tamaşanın Lənkəran Dövlət Universitetinin müəllim və tələbə heyətində müsbət rəy yaratdığnı söyləyərək, onlara yaradıcılıq uğurları arzuladı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4 əməkdaşı LDU-nun Fəxri Fərmanı ilə, 21 tələbə-aktyor isə tərifnamələr və kiçik hədiyyələrlə mükafatlandırıldı. ADMİU SABAH Mərkəzinin rəhbəri B.Məmmədbəyova çıxışında Lənkəran Dövlət Universitetinin rəhbərliyi, professor müəllim heyəti tərəfindən səmimi və isti qarşılandıqları üçün universitet rəhbərliyinə minnətdarlığını bildirərək, ikitərəfli əlaqələrin gələcəkdə inkişaf etdirilməsinə, bölgə teatrları üçün yüksək ixtisaslı kadrların hazırlanmasında əlindən gələn köməkliklərini əsirgəməyəcəklərini qeyd etdi. Eyni zamanda tələbələr üçün ilaxır çərşənbə münasibətilə bayram şənliyi təşkil etdiyi üçün universitet rektoruna minnətdarlığını bildirdi.