Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH mərkəzinin rəhbəri Moskvada keçirilən Beynəlxalq konfransda iştirak etmişdir

14-15 noyabr 2016-cı il tarixində Moskva şəhərində keçirilən Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin "Müasir şəraitdə təhsilalanların sağlam həyat tərzinin formalaşdırılması" mövzusu üzrə Beynəlxalq konfransda Azərbaycan Respublikasını təmsil edən heyətin tərkibində Azərbaycan Pedaqoji Universitetinin SABAH mərkəzinin rəhbəri Lalə Mürsəlbəyova iştirak etmişdir. Konfrans "Uşaq sağlamlığı elmi mərkəzində" baş tutmuşdur. Konfransda Russiya, Qazağıstan, Moldova, Azərbaycan, Kırğızıstan, Türkmənistan, Sloveniya və digər ölkələrin nümayəndələri məktəblilərin sağlam böyüməsinə, təhsil almasına  təsir edən amillərin araşdırılması, sağlam həyat tərzini formalaşdıran mühit və şəraiti sahəsində aparılan araşdırmaları təqdim etmişlər. Azərbaycanda Respublikasında da Ümumdünya Səhiyyə təşkilatın nəzrində aparılacaq tədqiqat işlərinin keçirilməsi arzuolunan və prioritet məslələrdən biri ola bilər.