Azərbaycan Respublikasi Təhsil Nazirliyinin SABAH qruplarında 2020/2021–ci tədris ilinin yaz semestri üzrə "Ailə hüququ" fənni vakant elan olunur.

ÖHDƏLİKLƏR

  • Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması;
  • Kurs sillabusunun hazırlanması;· Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi;
  • SABAH qrupları layihəsinin tədrisin aparılması metodikası və təkmilləşdirmə ilə əlaqədar müvafiq təlimlərin keçirilməsi üzrə tələblərə riayət edilməsi;
  • Ali təhsil müəssisələrinin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi;
  • Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi.

NAMİZƏDƏ TƏLƏBLƏR

  • Əlaqədar sahədə ən azı magistr dərəcəsinə malik olması;
  • Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması;
  • Tədrisdə İKT-dən hərtərəfli istifadə edə bilməsi;
  • İnnovativ tədris metodlarından istifadə etməsi;
  • Müasir pedaqoji yanaşmalardan xəbərdar olması;
  • Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması;
  • Dinamik, təşəbbüskar, pozitiv və ünsiyyətcil olması;
  • Həm “online” həm də “offline” formada tədris edə bilməsi.

Qeyd edilən öhdəlik və tələblərə uyğun gələn namizədlərin aşağıdakıları bilməsi vacibdir:

- Müraciət etmək üçün "Müraciət forması" nı bölmələr üzrə tam doldurmağınız tələb olunur;

- Qeydiyyat ilə bağlı sual yarandıqda, teacher@sabah.edu.az ünvanına müraciət edə bilərsiniz;

- Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı vasitəsilə müraciət müddəti bitdikdən sonra 10 gün ərzində əlaqə saxlanılacaq;

- Son müraciət tarixi və vaxtı: 23.02.2021-ci il, saat 00:00

QEYD: Seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi və xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.