ÖHDƏLİKLƏR
- Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması;
- Kurs sillabusunun hazırlanması;
- Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi;
- SABAH qrupları layihəsinin tədrisin aparılması metodikası və təkmilləşdirmə ilə əlaqədar müvafiq təlimlərin keçirilməsi üzrə tələblərə riayət edilməsi;
- Ali təhsil müəssisələrinin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi;
- Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi.
NAMİZƏDƏ TƏLƏBLƏR
- Əlaqədar sahədə ən azı magistr dərəcəsinə malik olması;
- Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması;
- Tədrisdə İKT-dən hərtərəfli istifadə edə bilməsi;
- İnnovativ tədris metodlarından istifadə etməsi;
- Müasir pedaqoji yanaşmalardan xəbərdar olması;
- Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması;
- Dinamik, təşəbbüskar, pozitiv və ünsiyyətcil olması;
- Həm “online” həm də “offline” formada tədris edə bilməsi.
Qeyd edilən öhdəlik və tələblərə uyğun gələn namizədlərin aşağıdakıları bilməsi vacibdir:
Hər bir namizəd ən çoxu 2 FƏNN üzrə müraciət edə bilər;
Vakant fənlərin siyahısına "Fənlər" bölməsində baxa bilərsiniz;
Müraciət etmək üçün "Müraciət forması" nı bölmələr üzrə tam doldurmağınız tələb olunur;
Qeydiyyat ilə bağlı sual yarandıqda, teacher@sabah.edu.az ünvanına müraciət edə bilərsiniz;
Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı vasitəsilə müraciət müddəti bitdikdən sonra 10 gün ərzində əlaqə saxlanılacaq;
Son müraciət tarixi və vaxtı: 08.02.2021-ci il, saat 18:00