Azərbaycan Texniki Universitetində SABAH tələbələri üçün CONVERSATİON CLUB-lar təşkil olunur

 20.10.2016-ci il  tarixində  SABAH qruplarının tələbələri üçün Azərbaycan Texniki Universitetində Study Line tədris  mərkəzinin əməkdaşları Michael Oluwasegun və John Ayomide tərəfindən ödənişsiz “CONVERSATİON Club” təşkil olunmuşdur.

“CONVERSATİON Club ” zamanı SABAH qruplarının tələbələri fəal iştirak edərək, dil bacarıqlarını inkişaf etdirmişdir. Qeyd edək ki , “CONVERSATİON Club-”lar ikinci kurs tələbələri üçün hər həftənin 4-cü günü 1400-da, üçüncü və dördüncü kurs tələbələri üçün isə şənbə günü saat 1400-da , AzTU-nun SABAH mərkəzində SABAH qruplarının tələbələri üçün ardıcıl olaraq təşkil olunması nəzərdə tutulub.