Azərbaycan Texniki Universitetində SABAH tələbələri üçün “Peşəkar həyat və karyera” mövzusunda seminar keçirilib

Azərbaycan Texniki Universitetində “Peşəkar həyat və karyera” mövzusunda peşəkar idarəçi, biznes məsləhətçisi, Motivational speaker Fəxri Ağayev SABAH qruplarında təhsil tələbələr üçün seminar keçirmişdir. Seminarda müasir idarəetmə sistemləri haqqında motivasiya edici çıxışlar edərək, tələbələri məlumatlandırmışdır. Həmçinin, tələbələrin öz üzərlərində işləmə bacarığının qazanılması, zamanın səmərəli planlaşdırılması, sağlamlığın qorunması, işə müraciət zamanı diqqət yetiriləcək məlumatlar və universitetdən sonarakı iş həyatına necə başlamaları haqqında geniş məlumat vermişdir.        

Sonda tələbələrin sualları dinlənilərək əsaslı cavablandırılmışdır.