Azərbaycan Texniki Universitetinin "Elektrik mühəndisliyi" ixtisası üzrə təhsil alan SABAH tələbələri "Azərişıq ASC"-də" Elektrik aparatlarının nəzəri əsasları" fənnini hərtərəfli mənimsəmək və elektrik aparatlarının quruluş və iş prinsiplərini yüksək səviyyədə öyrənmək məqsədilə tələbələr yüksək gərginlikli elektrik aparatlarının quraşdırıldığı yarımstansiyalarla tanış olmuş və praktik dərslərdə iştirak etmişlər. Dərslər dos. A.Orucov və Azərişıq ASC -nin aparıcı mütəxəssisləri tərəfindən aparılmışdır.