Azərbaycan Texniki Universitetinin SABAH qruplarının tələbələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövzusunda Respublika elmi-texniki konfransında 18 mövzu üzrə çıxış etmişlər. Tələbələrin çıxışları rəğbətlə qarşılanmış və yüksək qiymətləndirilmişdir.