Azərbaycan Texniki Universitetinin SABAH tələbələri 3-cü dərəcəli diploma layiq görülüblər.

SABAH qrupularının Azərbaycan Texniki Universitetində təhsil alan  tələbələri  Təbriz Hacıyev, Elmi Əhmədov, Araz Məhərrəmov Qafqaz Universitetində keçirilən 41-ci “ACM ICPC Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” müsabiqəsinin final mərhələsində   AzTU1 adı altında  uğurla çıxış edərək 12 universitetin 47 komandası arasında  3-cü dərəcəli diploma layiq görülüblər.. Eyni zamanda AzTU1 komandası Gürcüstan Respublikasının Tbilisi şəhərində (Georgian Technical University) keçiriləcək növbəti yarımfinal mərhələsinə və Cənubi Qafqaz Açıq Çempionatına  vəsiqə qazanıblar.