Azərbaycan Texniki Universitetinin SABAH tələbələrinin növbəti uğuru

Azərbaycan Texniki Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi fakültələrarası keçirilən Nə?Harada?Nə zaman? İntellektual oyunu keçirilmişdir. Oyunda ümumilikdə 11 komanda iştirak etmişdir. SABAH qruplarından isə SABAH-1, SABAH-2, SABAH-3 komandaları iştirak ediblər. III turda 36 sualdan ibarət olan yarışda SABAH-2 komandası 23 xalla 1 ci yeri, SABAH-3 komandası 18 xalla 3-cü yeri tutmuşdur. Sonda isə qaliblər və iştirakçı tələbələr hər biri mükafatlandırıldı. 1 ci yer tutan kubok və medallar,2 ci, 3 cü yer tutan komandalara isə medallar təqdim edildi.

Qalib komandanın tələbələrinin hərbirini təbrik edirik.