Bakı Dövlət Universitetində BDU BMT modeli konfransı keçirilib.

Bakı Dövlət Universitetində BDU BMT modeli konfransı keçirilib.

Xatırladaq ki, BMT klubu BDU-da 2015-ci ilin oktyabrından fəaliyyət göstərir. Açılış mərasimində BDU BMT klubunun prezidenti, Hüquq fakültəsi SABAH qrupunun 3-cü kurs tələbəsi Faiq İsazadə, Gənclər və İdman Nazirliyinin “Gənclərlə iş üzrə“ şöbəsinin müdiri İndira Hacıyeva, BMT İnkişaf proqramının Strateji Əməkdaşlıq müşaviri Məzahir Əfəndiyev, BDU Hüquq fakцltəsinin Beynəlxalq əlaqələr üzrə dekan müavini Gülnaz Ələsgərova çıxış ediblər. Çıxışlarda Azərbaycan gənclərinin beynəlxalq arenada ölkəmizi təmsil etməyinin əhəmiyyətindən bəhs edilib. 

 Konfransda BMT-nin iki komitəsi – Beynəlxalq Ədalət Məhkəməsi və İqtisadi və Sosial Şura simulyasiya edilib. Konfrans gedişində tələbələr problem həll etmə, ingilis dili, kütlə qarşısında çıxış etmə, inandırma kimi bacarıqları inkişaf etdirmək şansı qazanıblar. Tədbirdə Azərbaycanın müxtəlif universitetlərini təmsil edən tələbələr maraqlı çıxışlar ediblər.