Bakı Dövlət Universitetinin SABAH qruplarının tələbələri Baki Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş “Coğrafi problemlərin həllində innovativ texnologiyalardan istifadə” mövzusunda elmi konfransında iştirak ediblər. KonfransdaBakı Dövlət Universitetinin Elm və innovasiya üzrə prorektoru prof. A.H.Kazımzadə, BDU Coğrafiya fakultəsinin dekanı F.Ə.İmanov, BDU Azərbaycan Coğrafiya cəmiyyətinin BDU filialı coğrafiya fakultəsinin Tələbə Elmi cəmiyyətinin sədri Ə.T. Talıbov, o cümlədənBakı Dövlət Universitetinin onlarla bakalavr və magistrantları qatılıb. Bakı Dövlət Universiteti Coğrafiya ixtisasının SABAH qruplarının tələbələri də konfransda iştirak etmişlər. SABAH tələbələrindən Nigar Hüseynova (“Azərbaycanın müasir dövrdə demoqrafik vəziyyəti”), Turanə Əliyeva “Azad iqtisadi zonalar və onun əhəmiyyəti”, “Brilyantın növləri və yayıldığı coğrafi ərazilər”, Fatimə Abbaszadə “Tərtər rayonunun yaranması və inkişafının əsas istiqamətləri”, Leyla Hüseynli “Azərbaycanda turizmin inkişaf problemləri” mövzulari ilə etdikləri maraqlı elmi məruzələrlə maraq doğurublar. Uğurlu çıxışlarına görə tələbələrdən Bakı Dövlət Universitetinin Azərbaycan Coğrafiya cəmiyyətinin BDU filialı coğrafiya fakultəsinin Tələbə Elmi cəmiyyəti tərəfindən “Ən yaxşı tələbə elmi tədqiqat işi” müsabiqəsində SABAH tələbəsi Nigar Hüseynova “Azərbaycanın müasir dövrdə demoqrafik vəziyyəti” məqaləsi ilə həvəsləndirici mükafatına layiq görülmüş, Turanə Əliyeva isə “Azad iqtisadi zonalar və onun əhəmiyyəti” məqaləsi ilə qalib seçilmişdir.