Bakı Dövlət Universitetinin rektoru SABAH qruplarının tələbələri ilə görüşüb

Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmovun Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) tərəfdaşlığı ilə həyata keçirilən “Məhsəti Gəncəvi - qadın ədəbi yaradıcılığı” layihəsinin, Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qruplarının  təşkilatçılığı, Azercell, Barama Innovation & Entrepreneurship Center, GoldenPay, Industrial Training & Development (İVY Group), Kaspersky Lab, Microsoft Azerbaijan və Youth Inc. dəstəyi ilə keçirilən "SABAH innovasiya Forumu” nun  qalibləri və Massaçusets ştatının Kembric  şəhərində yerləşən Harvard Universitetində Beynəlxalq konfransda iştirak etmiş Bakı Dövlət Universitetinin SABAH qrupları tələbələri ilə  görüşü keçirilmişdir. Görüş zamanı Bakı Dövlət Universitetinin SABAH mərkəzinin rəhbəri dos. İradə Süleymanova tələbələrin iştirak etdikləri müsabiqələr haqqında qısa məlumat verərək qeyd etmişdir ki, 2017-ci ilin ilk addımları SABAH qrupları tələbələri  üçün uğurlu olmuşdur. Sonda  Abel Məhərrəmov qalib komandaları dinləyərək onları təbrik etmiş  və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.