Baki Dövlət Universitetinin SABAH qruplarının tələbələri BMT-nin Sivilizasiyalar Alyansinin 7-ci Qlobal Forumunda iştirak ediblər.

Aprelin 25-27-də Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri və fondlar daxil olmaqla ümumilikdə 147 ölkədən 1500-dən çox qonaq iştirak etmişdir. BDU-nun SABAH qrup tələbələri də bu tədbirdə  iştirak etmişlər. Forumda Kimya ixtisasi ( ingilis qrupu) SABAH qrup tələbəsi Sevda Şixəliyeva “Uşaqların və gənclərin inklüziv cəmiyyətdəki iştirakı” mövzusunda məruzə ilə çıxış etmişdir.