Bakı Dövlət Universitetinin Tarix müəllimliyi ixtisası üzrə təhsil alan SABAH qruplarının tələbəsi Turqut Şabanoğlu Azərbaycan Kooperasiya Universitetində keçirilən Elmi konfransda “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu aqrar siyasətin uğurla reallaşdırılmasında gənclərin qarşısında duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir. Çıxişında Turqut Şabanoğlu ulu öndər Heydər Əliyevin bu sahənin inkişafında çox böyük xidmətləri olduğunu qeyd etmişdir. Məruzənun sonunda Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi “Azərbaycan - 2020: Gələcəyə Baxış İnkişaf" Konsepsiyasında da əsas istiqamətlərdən biri kimi nəzərdə tutulduğu qeyd olunmuşdur.