Bakı Dövlət Universitetinin SABAH tələbələri “Gənc Ekoloqlar” layihəsində qalib seçildilər

Bakı Dövlət Universitetinin IV kurs Cografiya, Coğrafiya müəllimliyi və Geologiya  ixtisaslarında  təhsil alan SABAH qrup tələbələri Nigar Hüseynova Yeganə İbadlı, Cəmilə Abdullayeva, Aygün Əbdürrəhimli  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyilə həyata keçirilmiş "Gənc Ekoloqlar" layihəsində iştirak etmişlər. Layihə çərçivəsində iştirakçılar dünyanın aparıcı universitetlərində təhsil almış peşəkar təlimçilərin dəstəyi ilə ətraf mühitin qorunması, ekoloji problemlər və onların yaratdığı fəsadlar ilə dərindən tanış olaraq, bu problemlərin həlli yolları istiqamətində fikir mübadiləsi aparmışlar. Təlimin son günündə təqdimatların keçirilməsi üçün təlimçi tərəfindən hər bir qrupa mövcud ekoloji problemlər sırasından müəyyən bir mövzu təqdim olunaraq, poster yarışması keçirilmişdir. Yarışma vasitəsilə iştirakçı qruplar verilmiş problemi və onun mümkün olan həlli yolunu yaradıcı şəkildə posterlərdə əks etdirmişlər. Hazırlanmış posterlər qrup liderləri tərəfindən təqdim olunduqdan sonra qalib komanda üzvləri müəyyən edilərək fərqlənmə diplomu və müxtəlif hədiyyələr ilə təltif olunmuşlar. Lahiyənin son günündə 2 SABAH qrupu  komandaları 1-ci və 2-ci yerlərə qalib seçilmişlər. 1-ci yer qazanan komandanın üzvləri IV kurs  Coğrafiya ixtisası Hüseynova Nigar və Coğrafiya müəllimliyi ixtisasında təhsil alan Yeganə İbadlı, 2-ci yer qazanan komandanın üzvləri IV kurs Geologiya ixtisasında təhsil alan Cəmilə Abdullayeva, Aygün Əbdürrəhimlidir.

     
     

 Onları təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!