Bakı Dövlət Universitetinin SABAH tələbələri Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində!

  Bakı Dövlət Universitetinin Coğrafiya ixtisası III kurs SABAH qrup tələbələri Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinə ekskursiya etmişlər. Hal-hazirda dünyanın qabaqcıl ölkələrində alternativ enerji mənbələrinə böyük maraq göstərilir. Azərbaycanda da alternativ , xüsusilə də günəş və külək enerjisi mənbələri var. 38 hektar ərazidə inşa olunan mərkəz külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilmişdir. Bu isə ölkədə alternativ enerjinin hər üç yolla əldə edilməsi istiqamətində görülən işlərin real nümunəsidir. BDU-nun Coğrafiya ixtisası III kurs SABAH qrup tələbələri Azərbaycanın iqtisadi və sosial coğrafiyasi fənninin tədrisi zamanı əldə etdikləri nəzəri biliklərin praktikada tətbiqini möhkəmləndirmək məqsədilə iyunun 7 tarixində Qoşqar Məmmədovun rəhbərliyi ilə Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinə ekskursiya etmişlər. Ekskursiya zamanı tələbələrə günəş panellərin işlənməsi, prinsipləri, külək stansiyaların növləri və texnologiyası haqqında geniş məlumatlar verilmişdır.