Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasının ingilis qrupunda təhsil alan IV kurs tələbəsi Kamilla Nəbiyeva Massaçusets ştatının Kembric şəhərində yerləşən Harvard Universitetində İdarəçilik və Diplomatiya mövzusunda keçirilən Beynəlxalq konfransda iştirak etmişdir. Konfransda qloballaşma, kiberdiplomatiya, miqrasiya və s. mövzular ətrafında müzakirələr getmişdir. Konfransda Samsung şirkətinin vitse-prezidenti, İnsan Hüquqları və Ədalət üçün Lantos Fondunun Prezidenti, Asiya Ədalət və insan hüquqlarına dair təşkilatının Prezidenti, Harvard və Kolumbiya Universitetlərinin professorları kimi tanınmış insanlar bu konfransda spiker kimi təmsil olunmuşlar. Sonda , Kamilla Nəbiyeva və xarici iştirakçılar qrup şəklində (case study) Çinin hukou sisteminə aid memorandum təqdim etmişlər.