"BİLİK YARIŞlARI"nın II mərhələsinin tarixləri elan olunur

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunan Riyaziyyat, Müəllimlik və İnformasiya Texnologiyaları (İT) ixtisasları üzrə  Bilik Yarışlarının II mərhələsi 16, 18 və 20 aprel 2018-ci il tarixlərində keçiriləcək.

BİLİK YARIŞMASInın növbəti mərhələsində iştirak etmək hüququ qazanmış SABAH qrupları tələbələrinin nəzərinə: 

- BİLİK YARIŞMASIna şəxsiyyət vəsiqəsi, tələbə bileti və diyircəkli qələmin gətirilməsi tələb olunur. Digər əşyalarla yarış auditoriyalarına daxil olmağa icazə verilmir.

- Bilik yarışlarının II mərhələsinə qeydiyyat hər bir müvafiq ixtisas üzrə yarışın keçiriləcəyi ATM-də və tarixdə, saat 9:30-dan 10:00-dək aparılacaqdır.

- Müvafiq ixtisaslar üzrə Bilik Yarışmalarının II mərhələsinə qeydiyyatdan dərhal sonra – saat 10:00-da başlayacaqdır.

Bilik yarışlarının II mərhələsinin keçiriləcəyi tarix və yer:

-    Riyaziyyat üzrə Bilik Yarışması: 16.04.2018 tarixində, Bakı Dövlət Universitetinin     əsas binasında (Akademik Zahid Xəlilov küçəsi 23); 

-    Müəllimlik üzrə Bilik Yarışması: 18.04.2018 tarixində, Azərbaycan Dövlət Pedaqoji      Universitetinin əsas binasında (Üzeyir Hacıbəyli küçəsi 68); 

-    İnformasiya Texnoloyaları (İT) üzrə Bilik Yarışması: 20.04.2018 tarixində,     Azərbaycan Texniki Universitetinin I-ci korpusunda (Hüseyn Cavid prospekti 25).