BİR ol! BİRincilərdən ol!

"Bir" Tələbə- Könüllü Proqramı ölkənin ən savadlı, bacarıqlı və hazırlıqlı tələbələrini sürətə həyacan qatmağa və "Formula 1" Avropa Qran Prisində könüllü olaraq iştirak etməyə dəvət edir!

Əgər sən də SABAH qruplarında təhsil alan tələbəsənsə, ingilis, fransız və ya ispan dillərində səlis danışa bilirsənsə bu imkanlar sənin üçündür!

Ərizəni doldur və müvafiq meyarlara cavab verdiyin halda birbaşa "Formula 1" Avropa Qran Prisində "Bir" Tələbə-Könüllü Proqramı vasitəsilə könüllü olaraq iştirak etmək üçün müsahibəyə dəvət al!

"Bir" Tələbə-Könüllü Proqramına üzv olub, bizim vasitəmizlə "Formula 1" Avropa Qran Prisində iştirak etsən, sən Proqram çərçivəsində keçirilən tədbirlərin, ölkəmiz tərəfindən təşkil olunan digər irimiqyaslı tədbirlərin də iştirakçısı və könüllüsü ola bilərsən!

BİR ol! BİRincilərdən ol!

https://1konullu.typeform.com/to/EW5nD5