"Biznesin təhlili" mövzusunda mühazirə keçirildi!

12 mart 2015-ci il tarixində Azərcell şirkətinin biznesin təhlili departamentinin rəhbəri Azad Hüseynov "Biznesin təhlili" mövzusunda SABAH tələbələrinə mühazirə keçdi. Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən mühazirədə həmçinin Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Dillər Universitetinin və Bakı Dövlət Universitetinin də tələbələri iştirak etdi.