İKT sahəsində innovativ layihələrin maliyyələşdirilməsini və texnologiyaların transferini həyata keçirən Böyük Britaniyanın qabaqcıl şirkətlərindən biri olan TransTech Capital şirkətin nümayəndələri Simon Robeson, David Livesley və Mahmut Sinoplu Azərbaycan Dövlət İqtisad Universitetində SABAH qruplarının İnnovasiya Menecmenti fənni üzrə mühazirədə iştirak etmişdir. İnnovasiya siyasəti mövzusunda mühazirə ilə çıxış edən S.Robeson innovasiya siyasətində Böyük Bitaniya təcrübəsindən danışmışdır. İnnovasiyaların inkişafı üzrə Azərbaycanın da böyük potensiala malik olduğunu qeyd edən qonaq ölkə prezidenti İlham Əliyevin “Ölkənin gələcəyi birbaşa olaraq elmi potensialın səviyyəsinə bağlıdır” fikrinin çox mühüm əhəmiyyət daşıdığını söyləmişdir. Daha sonra fənnin müəllimi Azər Bayramovun iştirakı ilə interaktiv müzakirə aparılmışdır.
TransTech Capital şirkəti Böyük Britaniyada texnoloji transfer üzrə Oksford və Mançester Universitetləri ilə əməkdaşlıq edir. Şirkət həmin universitetlərdə ərsəyə gələn innovativ layihələrin kommesiyalaşması üçün 300 milyon ABŞ dollarından artıq vəsait cəlb edilmişdir. Şirkət Azərbaycanda innovativ layihələrin və texnoloji transferin inkişafı istiqamətində də fəaliyyət göstərir.Qeyd etmək lazımdır ki, İnnovasiya Menecmenti fənninin tədrisi ingilis dilində Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universitetində SABAH qruplarında aparılır.