02.12.2014-cü il tarixində Fridtjof Nansen Institutunun direktoru, Oslo universitetinin siyasi elmlər üzrə araşdırmacısı Arild Moe Azərbaycan Dövlət Neft Akademiyasında "SABAH" tələbələri ilə görüşdü və "Qaz ixracı, xarici və daxili məsələlər" mövzusunda sərbəst mühazirə apardı.