II kurs SABAH tələbələrinin yataqxanaya qeydiyyatı

2017/18-ci tədris ilində SABAH qruplarına qəbul olunmuş və yekun qeydiyyat zamanı yataqxanaya ehtiyac barədə seçimi işarələmiş tələbələr 27 avqust 2017-ci il tarixinədək müvafiq qeydiyyat keçidinə daxil olaraq yataqanaya ehtiyac seçimini təsdiqləməlidirlər. Qeydiyyatı tamamlamamış tələbələrin yataqxanaya müraciəti nəzərə alınmayacaqdır.

Müvafiq qeydiyyat keçidi tələbələrin email ünvanlarına göndərilmişdir.