İyunun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Strartap və İnnovasiya Festivalı keçirilib. Tədbirdə Təhsil naziri, cənab Mikayıl Cabbarov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri, cənab Ramin Quluzadə, millət vəkilləri, universitet rektorları, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinin nümayəndələri, şirkət rəhbərləri iştirak edib.
Festivalda ADNSU SABAH qruplarının 050628-"Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə III kurs 600.4S qrup tələbələri Məmmədov Məmməd, Hüseynov Rəhman, Kərimov Cahandar, Şərifli Rövşən "Ağıllı istixanalar" adlı start-up ilə çıxış etmişlər.
Dövrümüzün tələblərinə uyğun olaraq müasir texnologiyalar digər sahələr kimi təsərrüfatdada öz tətbiqini tapmağdadır. Az vaxt və zəhmət sərf etməklə ailə üzvlərinin, xüsusilə uşaq və yaşlı insanların keyfiyyətli, ekoloji təmiz məhsullarla təmin olunmasına böyük təlabat var. Ağilli İstixana –bitkilərə avtomatlaşdırılmış qulluq üçün platforma olaraq, müasir informasiya-kommunikasiya texnologiyalarını tətbiq edib, sahibkarları təsərrüfata daha fəal cəlb etməyə şərait yaradır. Kənd təsarrüfatı sahəsində istehsalçıların məlumatlandırılması ilə yanaşı layihədə həvəskarların və sadə insanların özlərini ekoloji təmiz məhsullar ilə təmin etməsinə cəlb olunması, istehsal prossesini yüngülləşdirməsinəzərdə tutulur. Bunun üçün prosesin aparat-texniki və proqram vasitələrinin köməyilə blok-modul prinsipi ilə avtomatlaşdırılması təklif edilir. Bu layihə sahibkarların kənd təsərrüfatı sahəsində əldə etdikləri məhsulun keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, məhsulun maya dəyərini aşağı salır və istehsalçının işini bir çox yöndə yüngülləşdirir.
Layihənin məqsədi təsərrüfatlarda, həyətyanı sahələrdəki istixanalarda müasir texnologiyalardan, materiallardan, biliklərdən istifadə etməklə tərəvəzlərin və güllərin yetişdirilməsinə sərf olunan zamanın, zəhmətin və xərclərin azaldılmasıdır.
Hazırlanması nəzərdə tutulan məhsulun satış bazarının subyektləri olaraq böyük və kiçik təsərrüfat sahibləri, otaq və dekorativ bitkiləri yetişdirən sahibkarlar, həvəskar bağbanlar, şəhər yaşıllaşdırma idarələri və s. təşkil edəcək.
Layihə sosial baxımdan çox əhəmiyyətlidir. Belə ki, təsərrüfat və yaşıllaşdırma sahələrində əldə olunan məhsulun keyfiyyəti yüksələcək və bu da bazarda təzə, yerli və ucuz məhsaulların artmasına gətirəcək. Həmçinin kiçik torpaq sahələri olan şəxslər il boyu öz yetişdirdikləri məhsullar ilə təmin olunacaq.
Layihə üzrə məhsulun ilk öncə kiçik fərdi təsərrüfatlarda, daha sonra iri fermer təsərrüfatlarında həyata keçirilməsi planlaşdırılır.Layihənin uğurlu tətbiqinin genişləndiyi, fermer və sahibkarların məmnunluğunun təmin edildiyi halda digər investorların cəlb olunması gözləniləndir.